Məzmuna keç

Gülbərgi-pərişan

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gülbərgi-pərişan
Müəllif: Məhəmməd Hadi

Həsəd ol millətə kim, aşiqi-həqiqətdir,
Xəyalı, fikri-məsaisi kəsbi-izzətdir.
Bilib ki, elmlədir şani-növ'i-insani,
Cəhalət isə bəşərçin böyük fəlakətdir.
Durbinan calisi-övrəngi-istiqlaldır,
Kutəhəndişan nişani-tiri-izmihlaldır.