Gə, gə, gə, gəl ki, seviram sə, sə, sə, sən mehi-Çini
Jump to navigation
Jump to search
Gə, gə, gə, gəl ki, seviram sə, sə, sə, sən mehi-Çini Müəllif: İmadəddin Nəsimi |
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub. |
Gə, gə, gə, gəl ki, sevirəm sə, sə, sə, sən mehi-Çini,
Za, za, za, zar oluban mən çə, çə, çə çən, çend nişini.
Dü, dü, dü, dür təki dilər, ve, ve, ve, verdi sana həqq,
Sə, sə, sə, səvsə gərəkdir di, di, di, dişləri sini.
Sö, sö, sö, sözlərin elə şə, şə, şə, şəkkəri kəsad,
Gö, gö, gö, gözlərin elər se, se, se, sehri mübini.
A, a, a, al ki, yeridir kö, kö, kö, könlümü mənim,
Sa, sa, sa, sal ki, yeridir zü, zü, zü, zülfunə çini.
Qa, qa, qa, qalmışam axır a, a, a, ahilə sayur,
No, no, no, nola ki, sorsan za, za, za, zari-həzini.
Yü, yü, yü, yüzünü gördüm a, a, a, ayə sataşdım,
Ne, ne, ne, necə ürəkdir qa, qa, qa, qalmaya çəni.
Xə, xə, xə, xəstə Nəsimi sö, sö, sö, söyləyən oldum,
Ne, ne, ne, neylərəm axır dü, dü, dü, dürri-səmini.