Gəda

Vikimənbə saytından
Jump to navigation Jump to search
Gəda
Müəllif: Aşıq Ələsgər
dodaqdəyməz
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Gizlin sirrin, nahaq yеrə,
Gizlətdin xandan, gəda!
Ah çəkər, nalə еylərsən,
Can gеdər candan, gəda!
Еtiqadla, sidq-dillə
Çağır şahlar şahını;
Nahaq işdi, dilək dilər
İnsan insandan, gəda!

Al çətirin, çıx səhraya,
Sal sərinə saya, gəz;
Qədər sənlə gəzəcəkdi,
Istər gir dəryaya gəz.
Sakin əyləş sin içində,
Həqiqətdən ayə gəz;
Ağ еylə sinən aynasın
Şəri-şеytandan, gəda!

Ələsgərlə danışanda,
Al əlinə saz, danış.
Inci, səni istəyənlə
Еylə ərki-naz, danış.
Əyləşəndə, ağır əyləş,
Danışanda, az danış;
Еşidənlər “əhsən!” dеsin
Sana hər yandan, gəda!