Məzmuna keç

Gələr olsun

Vikimənbə saytından
Gələr olsun
Müəllif: Dollu Mustafa
Mənbə: Əli Şamilov. “Oğuz Eli” qəzeti (Naxçıvan), 25 iyun 1992, sayı 17, səh. 5

Bir vəfalı yar sevginən,
Sənin qədrin bilər olsun.
Dərdini de ol kimsəyə,
Dərd başına gələr olsun.

Ol yarınan oldum aşna,
Ürəyimin qəm daşına.
Dolan o yarın başına,
Sənin qədrin bilər olsun.

İlandı girmə qoynuna,
Fitnədi uyma felinə
Noxtasın dola boynuna,
Yadlarınan gülər olsun.

Nəmək verdin bivəfaya,
Məni saldı o cəfaya.
Nələr etdin Mustafaya,
Bayis, evin viran olsun.