Məzmuna keç

Gəlmədi bilməm neçün ol sərvi-xoşrəftarımız

Vikimənbə saytından
Qəzəl 1
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.

Gəlmədi bilməm neçün ol sərvi-xoşrəftarımız,

Ərşə çıxdı fırqətində ahi-atəşbarımız.


İntizarım aşdı həddən, təndə taqət qalmadı,

Harda qaldı, gəlmədi məhbubi-məhruxsarımız?


Vədə vermişdi ki, gəlləm bir gecə mehman sənə,

Ömrümüz başa yetişdi, gəlmədi dildarımız.


Gör xəzani-bimürüwət vermədi hərgiz aman,

Gülsitan oldu xəzan, pamal olub gülzarımız.


Qüdrətim yox, gülsitan seyrinə uçmaq istərəm,

Quş kimi məhbus edib, künci-qəfəsdə yarımız.


Sağəri, az qıl şikayət dilbəri-birəhmdən,

Cövrü xoşdur rəhmdən, gər qılsa xoş güftarımız.