Məzmuna keç

Gərçi yüz min aləm içrə var yarından cüda

Vikimənbə saytından
Gərçi yüz min aləm içrə var yarından cüda
Müəllif: Molla Vəli Vidadi

Gərçi yüz min aləm içrə var yarından cüda,
Heç kəs mən tək deyil pərvərdigarından cüda.

Dərdü möhnətlər xərab etmiş xəyalım xanəsin,
Olmadı ayineyi-dil qəm-qübarından cüda.

Eyləmiş rövşən qəmər hicrə fəraq iftadəsin
Cümlə yarından cüda, həm külli-varından cüda.

Sorsa yar əhvali-dil gör bir necə söylər səba,
Canü tən bitab, dil səbrü qərarından cüda.

Bir bəlakeş görmədim düşmüş Vidadi xəstə tək,
Aşinavü həmdəmü həm dostü yarından cüda.