Bu səhifə korrektə edilib
GƏRƏKDİ
Dörd hərifnən namə yazdım gözələ,
Vəsfi düşə bu mahala gərəkdi.
Rey qaşların şəhd eyləyir hər yana,
Gözləri nun təki ala gərəkdi.
Can gərəkdi eşq oduna qalana,
Fələk verdi cavan ömrüm talana.
Əl köksündə sübhə kimi dayana,
Ah çəkə, göz dikə yola gərəkdi.
Məni uğradıbdı bir olmaz dərdə,
Nahaq pünhan sirrin verdin namərdə.
Sinədən gen ola, dəhanı xırda,
Alıb göndərəsən çala gərəkdi.
OLMAZ-OLMAZ
Çoxları insanı sevər üzündən,
Hər sevən gözəldən yar olmaz-olmaz.
Alçalmış, tapdanmış məhzun dağların,
Yay vaxtı başında qar olmaz-olmaz.
43