Gәl çәkmә cahan qeydini sәn, can belә qalmaz

Vikimənbə saytından
Jump to navigation Jump to search
Gəl çəkmə cahan qeydini sən, can belə qalmaz
Müəllif: Molla Vəli Vidadi


Gәl çәkmә cahan qeydini sәn, can belә qalmaz,
Qan ağlama çox, dideyi-giryan belә qalmaz,
Gül vaxtı keçәr, seyri-gülüstan belә qalmaz,
Hәr lәhzә könül xürrәmü xәndan belә qalmaz,
Bir cam yetir, saqi, bu dövran belә qalmaz,
Tәn bir gün olur xak ilә yeksan belә qalmaz.

Әzbәs bu camal ilә ki, canan ola fani,
Bu işvә ilә qәddi-xuraman ola fani,
Bu gәrdәni-xoş, zülfi-pәrişan ola fani,
Bu әhsәni-surәtdә ki, insan ola fani,
Bir cam yetir, saqi, bu dövran belә qalmaz,
Tәn bir gün olur xak ilә yeksan, belә qalmaz.

Sultani-cahan olsa, gedәr, canә inanma,
Bir gün pozulur, şövkәti-divanә inanma,
Çün baqi deyil, mülki-Süleymanә inanma,
Gәr aqil isәn, gәrdişi-dövranә inanma,
Bir cam yetir, saqi, bu dövran belә qalmaz,
Tәn bir gün olur xak ilә yeksan, belә qalmaz.

Yüz mövsümi-xoş xürrәm olub illәr açılsa,
Yüz lalә bitib susәnü sünbüllәr açılsa,
Yüz baği-cahan tazәlәnib güllәr açılsa,
Könlüm ki, açılmaz neçә müşküllәr açılsa,
Bir cam yetir, saqi, bu dövran belә qalmaz,
Tәn bir gün olur xak ilә yeksan, belә qalmaz.

Ah, aldı mәni dәrdi-fәraqü qәmi-hәsrәt,
Sәrmәstü xәrab etdi yenә badeyi-heyrәt,
Bir mehrü vәfa etmәli yox kim, ola rәğbәt,
Fövt eylәmә gәl, var ikәn әldә dәmi-fürsәt,
Bir cam yetir, saqi, bu dövran belә qalmaz,
Tәn bir gün olur xak ilә yeksan, belә qalmaz.

Fikr etsәn әgәr, dәhrin işi bәhri-bәladır,
Bir dürri-giranmayәsi min canә bәhadır,
Hәr nәqşi bir ayineyi-isbati-xudadır,
Mәqsudi-dü alәm yenә tәhsili-rizadır,
Bir cam yetir, saqi, bu dövran belә qalmaz,
Tәn bir gün olur xak yeksan, belә qalmaz.

Ey xәstә Vidadi, bu cahan bir quru sәsdir,
Bir dәmdә keçir, öylә ki, fәryadi-cәrәsdir,
Bu bәzmi-fәnadә bu nә hәnkami-hәvәsdir,
Gәl durma ki, ömrün keçir, әncami-nәfәsdir,
Bir cam yetir, saqi, bu dövran belә qalmaz,
Tәn bir gün olur xak ilә yeksan, belә qalmaz.