Həmzə, incitmə Qıratı
Jump to navigation
Jump to search
Həmzə, incitmə Qıratı Müəllif: Koroğlu |
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub. |
Canım Həmzə, gözüm Həmzə,
Həmzə, incitmə Qıratı.
Budu sənə sözüm Həmzə,
Həmzə, incitmə Qıratı.
Qıratdı menim dirəyim,
Əriyər qalmaz ürəyim.
Sən olasan duz-çörəyim
Həmzə, incitme Qıratı.
Qırat mənim iki gözüm,
Belə dərde necə dözüm?
Həmzə, sənə budu sözüm,
Oğul, incitmə Qıratı.
Eşidər paşalar, bəylər,
Şadlıq xəberini söylər.
Koroğlu iltimas eylər
Bala, incitmə Qıratı.