Həqiqət bəhrizatun əkbər oldu

Vikimənbə saytından
Həqiqət bəhrizatun əkbər oldu
Müəllif: I Şah İsmayıl
Mənbə: Azərbaycan tarixi üzrə qaynaqlar. Süleyman Əliyarlı. Bakı, 2007. səh 179-182.

Həqiqət bəhrizatun əkbər oldı
Sifətünden anun bir gövhər oldı.
  
Məhəmməd Mustafadur kani gövhər
Kəmalu qüdrətünden Heydər oldı.

Həsəndür mülkü eşqün doğru yarı
Anun hüsnünə Yusuf çakər oldı.

Hüseyin Kərbəladur sahi meni
Ona münki olanlar kafər oldı.

Əli Zeynalebadünin bağrı bil,
Mövalilər imamı Cəfər oldı.

İmam Kazım, Əli, Musa, Rizadan
Təqidür, hanqi şah əsgər oldı

İirşdi vəd əsi Sahib-Zamanun,
Ulu divan quruldı, məhşər oldı.

Olar ki, tabeyi mərvanil ərdür,
Sürüldi çıxdı dindən əbtər oldı.

Şahın övladına iqrar edənlər
Əxilər, ğazilər, əbdallar oldı.

Vilayət baxçasının bağibani
Üzin açdı cahanə ənvər oldı.

Təcəlləsi zuhur oldı imamım,
Xəvaric görmədi kor və kar oldı.

Şahım astanəsində qulları çox
Xətai cümləsindən kəmtər oldı.