Həqiqi bir xəyal, yaxud bir lövheyi-сəmal
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Həqiqi bir xəyal, yaxud bir lövheyi-сəmal Müəllif: Məhəmməd Hadi |
Ey kainati-fikrətimin şəmsparəsi,
Bilməm üful qıldımı bəxtim sitarəsi?
Eşqin cəhənnəmi yaxıyor xüldi-ruhumu,
Yandırmayırmı könlünü ahim şərarəsi?
Rəhm eylə, ağlayır ürəyim bir çocuq kimi,
Güldür, yetimdir, sənə qalmış idarəsi.
Ruhum qədər səmalərə pərvaz edən mələk!
Ümmani-zülmünün niyə yoxdur kənarəsi?
Cövrünlə, dilbərim, dilim olmuş cərihədar,
Mühlik cərihədir dilimin eşq yarəsi.
Məndən əgər fəraqi-müəbbədsə niyyətin,
Ersin xitamə səfheyi-ömrün şümarəsi.
Bikəslərə nəzarət edər sayədarlər,
Miskininə budurmu o yarın nəzarəsi?
Gözdən düşürmə bəndəni, ey hökmdari-hüsn!
Aldatmasın səni bu vəcahət əmarəsi.
Məğrur hüsni-ani bu meydani-hüsndə -
Çox görmüşəm piyadə qalıb şəhsüvarəsi.
Qıldım sənə hədiyyə bu cami-məhəbbəti,
Ənguri-təb'imin budur iştə üsarəsi.
Hər dəmdə nəğmələr töküyor, nəğməsaz olur
Gülqönçeyi-həqiqətə fikrim həzarəsi.
Vəslin səbahi çıxmasa ruzum ləyaldır,
Aram edən xəyalımı ancaq xəyaldır.