Həqq bir könül verdi bana, hə demədin heyran olur
Həqq bir könül verdi bana, hə demədin heyran olur Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Həqq bir könül verdi bana, hə demədin heyran olur,
Bir dəm gəlür şadi olur, bir dem gelür giryan olur.
Bir dem sanasın qış kibi, şol zəmhəri olmış kibi,
Bir dem bəşarətdən toğar, xoş bağıla bustan olur.
Bir dəm gəlür söyləyəməz, bir sözi şərh eyləyəməz,
Bir dəm dilindən dürr dökər, dertlülərə derman olur.
Bir dem çıqar ərş üzərə, bir dəm enər təhtüssəra,
Bir dəm sanasun qətredür, bir dem taşar ümman olur.
Bir dəm cəhalətdə qalur, hiç nesnəyi bilməz olur,
Bir dem talar hikmətlərə, Calenusü Loğman olur.
Bİr dəm div olur ya pəri, viranələr olur yeri,
Bir dəm uçar Bilqeys ilə sultani-insü can olur.
Bir dem varur məscidlərə, yüz sürər anda yerlərə,
Bir dem varur deyrə girər, İncil oqur röhban olur.
Bİr dəm gəlür İsa kibi ölmişləri diri qılur,
Bir dəm girər kibr evinə Fir’ovn İlə Haman olur.
Bİr dəm dönər Cəbıuyilə, rəhmət saçar hər məhfile,
Bİr dəm gəlür gümrah olur, Miskin Yunus heyran olur.