Məzmuna keç

Hər an nazına, çəkəm əza, qəmzəli Yar

Vikimənbə saytından
Hər an nazına, çəkəm əza, qəmzəli Yar (1996)
Müəllif: RAUF CAVAD

Gizlətmə üzünü məndən, can, sevməli Yar!
Ver bölüşək, narı-üzümü, yeməli Yar!

Şərikəm, Gül, nar giləli saf göz yaşına,
Dərdinə qurban Gülnar, qara giləli Yar!

Ağ süd nöqtəli qəm, düşür qəm tək başına,
Axır üzdən qan, pak surəti şirəli Yar!

Yar, göz yaşlarına qurban, sən ağlayanda,
Bürünüm qəminə can, canım ey vəli Yar!

Dolanım yar göz yaşına, süzülüm hara?!
Sinənə, yayılım səhraya, ey Əli Yar!

Can Əminə, körpə süd əmər, tək nə yeyər?!
Aman geyər hünər libasın, canəli Yar!

Gəzim-dolanım, ala gözlü yar boynuna,
Güllü ipək qana bulaşıb, cilvəli Yar!

Baği-bağçanda yar, kaş verəm hər gecə can,
Hər an nazına, çəkəm əza, qəmzəli Yar!

Sevdalıyam hüsnünə, güli-camalinə,
Zöhrəyə, gözlər, nəfs alışır, şivəli Yar!

Öpəm ölümcül, ləbi bal, dili şirini,
Dodaqdan yeyim, şəkər sözü, işvəli Yar!

Zülfünə bəzənib güllər tazə, ahü zar,
Telinə qurban, Samirə nəfsi, dəli Yar!

Rauf, Əlyar sözünə edər cani fəda,
Heyran, fənayi bəqa, Leyla Gözəli Yar!