Məzmuna keç

Hər kimin müsahibi yoxdur gəlməsin meydan ara

Vikimənbə saytından
Hər kimin müsahibi yoxdur gəlməsin meydan ara
Müəllif: Cahanşah Həqiqi
Mənbə: Najaf A. (2020). Newly discovered poems of Jahanshah Haqiqi, the Ruler of Garagoyunlu state. Teaching of Azerbaijani Language and Literature. V. 263, Issue I, pp. 167–183

Hər kimin müsahibi yoxdur gəlməsin meydan ara,
Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara.

Ər-Rəfiq sümmət-tariq mənasını fəhm etməmiş,
Şahı-mürsəl söylədi şol mənkabət bürhan ara.

Olmayan əhli-müsahib tanımamış Rabbisin,
Tanımayan Rabbisin sərgəştədir dövran ara.

Ayəti "əkməltü ləküm dinəküm" ta gəlmədən,
Yetmədi həddi-kəmalə dinimiz insan ara.

Mustafa qıldı rəfiqini Əliyyül-Murtaza,
Şahı-mərdan söylədi meydan ara, mərdan ara.

Həqq rəfiqin tanımayan div olar ol ta ədəb,
Həşrə dək ol olub gəzər gərdişdə devran ara.

Həqq yaxınındır şəriat rahi ərkani-təriq,
Mənzilin olur həqiqət can ara, canan ara.

Kim ki yoldaş oldısa zülmətdə qalsa qəm yeməz,
İçirür abi-həyatdan məst ara, məstan ara.

Lahmükə lahmi rumuzunun bəyanın bilmiş ol,
Pirədir şərii-təriqi böylədir fərman ara.

Çün İmam oldı on iki rahı-ərkan oldı bir,
Bir olur, bir iki olmaz böylədir Quran ara.

Ey Həqiqi bəhri ümmandır cihanda bu təriq,
Gir o bəhrin içinə gir gör bu gün ümman ara.