Məzmuna keç

Həsbhal, yaxud bizim hadinin iztirabi

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Həsbhal, yaxud bizim hadinin iztirabi
Müəllif: Məhəmməd Hadi

Hadi - nədir o?
Mürəttib - Gəncədən bir kimsə göndəribdi sizə.
Hadi - nə?
Mürəttib - E'tiraz ediyorlar keçənki şerinizə.
Hadi - Bu gün lisanə, yarın dinə eʼtiraz olunur,
Sanırmısız ki, bu şeylərdə bir fikir bulunur?
Bular ki, can sıxacaq şey, xəyali incildir,
Bularla uğraşa bilməz mənim kimi şair.
Mən oylə başə düşürdüm ki, indi dünyadə
Hüzur varsa, gərəkdir cahani-xülyadə.
Bu yanda məst qəzəllərlə Hafizi-Şiraz,
Olur piyaləkəşü şuxpərvərü dəmsaz.
Qulamlar tərəbəfzayü rəqspərvərdir,
Piyalələri üfüqi-fikrə nurgüstərdir...
O yanda Sə'di vəquranə çöhrəsilə baxar,
Bu yanda nayü dəfü çəng kainatı yıxar!
O yanda Sə'di vəquranə çöhrəsilə baxar,
Yıxar ğəlağili eyvansərayi-İrani.
Şərab dolduraraq, müğbəçə xüram edərək,
Dönər mənim yana nagah ibtisam edərək...
Sərimdə nəşveyi-səhba, gözümdə nuri-cəmal,
Onun xüramini təqlidə başlaram dərhal:
"Gəzər büraqi-xəyalim fəzayi-lahuti,
Cahani-nurdə suzan olur pərü bali”...
Görürmüsüz ki, şu bir ləhzədə şu bir beyti -
Cahani-mə'rifətə eylədim hədiyyə... vəli
Buraxmayır ki, məni mütləq indi bir qəzetə,
Ya e'tiraz edəcəkdir bizim “Fyüzat”e -
Və ya ki, Şuşədə bir sərsəmin xurafati
Səhifələr ilə məşğul edər "Füyuzat"i!*
Və ya ki, mətbəədən tazə-tazə təshihat
Məzarlər açılırmış kimi cüyufi-həyat...
Daha nələr gələcəkdir, nələr, nələr, eyvah!
Həyat üçün bu bəlalər əkilməyir billah!..
Həyatdan məni tənfir edən bu halətdir,
Məfai'lün, fə'ilatün... təhi əziyyətdir!
Quş ovlayır kimi mən arxasınca qafiyənin
Peyində tairi-pərran nəğmeyi-vəznin
Dəqiqələrlə deyil, bəlkə ah günlərcə...
Dəqiqələrlə, günlərlə, ah, gün və geсə
Qoşar, qoşar da, nəhayət, şikəstə tabü təvan -
Düşər də, ağlaram! Əşʼar olur bütün bu fəğan!..
Fəqət bu hali gəl anlat şu hey'əti-cəhlə!
Mühərrirəm - deyə çıxmış şu bir yığın cəhələ!..
Bu yanda bir "dekadan” zülməti-xəyalilə*
Nazirəsaz olur əlvahi-qəsvəti-leylə!
Boyar nükatü məzamini... rəng-rəng əfkar...
Zavallının bu da zə'mincə şe'r olur...
Daha var: O yanda bir dəli doktor vücudi-islami* -
Mərizə bənzədir!.. Ən doğrusu bu övhami -
Edər təşəxxüs önündə!.. Bu halə külməlidir!..
Əvət! Fəqət bunu tənqid edən də bir dəlidir!
Əgər gedərsə bu işlər nizamsız, başsız,
Dersiz bu mətbəəyə biz də bir "xudahafiz!.."