Məzmuna keç

Ha mayıl oldu

Vikimənbə saytından
Ha mayıl oldu
Müəllif: Xəstə Qasım
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Yatmışdım, üstümə gəldi bir pəri,
Yenə yar sevdası ha mayıl oldu.
Dərdi-qəmim cana əsər elədi,
Qolların boynuma həmayil oldu.

Təbib görsün yaralarım, sinəm aç,
Öz əlinlə bu düyünüm, sənəm, aç.
Demiş idin, hər gün verrəm sənə maç,
Günüm aya döndü, həm ay il oldu.

Vardım dost kuyinə, sək sana durdu,
Dərdim tək bir ikən, səksənə durdu.
Qasımı görəntək səksənə durdu,
Gözəllər qəflətən həm ayıl oldu.