Hamlet/Birinçi pərdə
| Hamlet Birinçi pərdə Müəllif: Şekspir Tərcümə edən: Cəfər Cabbarlı |
Ikinçi pərdə→ |
| Mənbə: Şeqspir V., Hamlet. Bakь, 1935 |
BIRINÇI GӨRYŞ
[redaktə]Saraj өnyndə bir mejdan. F r a n s i s q o keşik cəkir. B e r n a r d o gəzir.
B e r n a r d o. Orda kim var?
F r a n s i s q o. Dajan! Çavab ver! Kimsən?
B e r n a r d o. Jaşasьn qral!
F r a n s i s q o. Bernardo?
B e r n a r d o. Mənəm.
F r a n s i s q o. Neçə də vaqtьnda gəlmişsən.
B e r n a r d o. Geçə yarьdьr. Get, jat!
F r a n s i s q o. Onda coq razьjam. Bərk şaxtadьr. Өzym də xəstəjəm.
B e r n a r d o. Hər bir tərəf sakitdir?
F r a n s i s q o. Hər bir şej jerindədir.
B e r n a r d o. Coq gözəl, geçəniz xejrə qalsьn; mənim joldaşlarьmь, Horatsio və Marsellosu gөrsən, tələsdir, tez gəlsinlər.
F r a n s i s q o. Budur, dejəsən onlardьr. Dajan! Gələn kimdir?
H o r a t s i o. Vətənin dostlarь.
M a r s e l l o s. Və qralьn təbəələri.
F r a n s i s q o. Pəki, geçəniz xejrə qalsьn.
M a r s e l l o s. Bura baq joldaş! Jerində kim qaldь?
F r a n s i s q o. Bernardo, geçəniz xejrə qalsьn.
H o r a t s i o. Pək gөzəl, oturalьm. Bernardo, sөjlə.
B e r n a r d o. Son geçə… bax orada cьqan o jьldьz; baq burada gөjyn tam burasьnda, tam indi olduƣu jerdə ikən mən və Marsellos… Geçə jarьsь calırdı…
M a r s e l l o s. Javaş, baq, odur kөlgə gəlir.
B e r n a r d o. Өzydyr, bizim mərhum qralьmьzdьr.
M a r s e l l o s. Horatsio! Sən biliklisən, onunla qonuş.
B e r n a r d o. Baq, jaxşь baq, bənzəməjirmi?
H o r a t s i o. Əvət, mən qorqu və hejrətdən ditrəjirəm.
B e r n a r d o. Danьş onunla!
M a r s e l l o s. Horatsio! Danьş.
H o r a t s i o. Sən ej mərhum qralьmьzьn vyqar və əzəmətli qijafəsində gөrynən geçələr səjjahь. Kim olursan ol, səni and verirəm, sөjlə!..
M a r s e l l o s. Ona toqundu.
B e r n a r d o. Baq gedir.
H o r a t s i o. Dajan! Sөjlə! And verirəm! Saqlan! Sөjlə!
M a r s e l l o s. Getdi. O bizə çavab vermək istəmədi.
B e r n a r d o. Horatsio, nə olursan? Sən saralmьşsan? Ditrəjirsən. Neçə oldu? Dedijimiz kөlgə bir ujdurma ja bir xəjal idimi? Neçə bilirsən?
H o r a t s i o. Mən өz gөzlərimlə gөrməsəjdim, deməklə hec vaqt inanmazdьm.
M a r s e l l o s. Fəqət o, qrala bənzəjirmi?
H o r a t s i o. Sən өzyn-өzynə bənzədijin kibi. O, myharəbələr icində carpьşmalarda, dyşmənlər arasьnda өz ordusunu zəfərlərə doƣru jyrydyrkən, өlkələr, məmləkətlər fəth edirkən olduƣu kibi açьqlь idi.
M a r s e l l o s. Iştə, iki jol belə açьqlı bir gөrkəmdə bizə gөryndy.
H o r a t s i o. Bu nə deməkdir? Mən anlamьram. Ehtimal ki, bu өly bizə bir fəlakət olaçaƣьnь bildirir.
M a r s e l l o s. Joqsa o bizə myharəbə olaçaƣьnь anladьr. Onsuz da hər jerdə alajlar, bөlyklər dyzəlmiş, toplar tөkylyr, tələsik gəmilər hazьrlanьr, tədaryk gөrylyr. Sөjlə, bunlarьn hamьsь necindir?
H o r a t s i o. Siz ehtimal ki, son muharəbənin hər bir çihətini bilirsiniz. Bizim; kөlgəsini indiçə gөrdyjymyz mərhum qralьmьz, Norvec hөkmdarь Fortinbrasьn mejdan oqumasьna və məƣrur caƣrьşьna qarşь top gurultularilə çavab verdi. Fortinbras myharəbədə өldyryldy. Baƣlanmьş şərtə gөrə qalib məƣlubun məmləkətinə sahib olmalь idi. Qralьmьzda caldьƣь qələbədən sonra Norvec өlkəsinə jejələndi. Indi dejirlər ki, guja qralьmьz өldykdən sonra Fortinbrasьn oƣlu gənç Norvec prinsi vuruş və qəhrəmanlьq həvəsinə dyşmyş və bir çoq ijit qəhrəmanlar toplajьb, bizi myharəbə və өç alaçaƣь ilə qorqudur. Iştə dejirlər ki, bizim indiki qralьmьzьn tələsik əskər toplamasь və gəmilər hazьrlatdьrmasьnьn da səbəbi budur.
B e r n a r d o. Ehtimal ki, bөjyk fatehin məzardan qalqmasь da buna gөrədir. O, vuruş və myharəbə olaçaƣьnь bildirir.
H o r a t s i o. Fəqət, bu gəlişlə bizi rahtsьz etməkdən məqsəd nədir? Romanьn şanlь zamanlarьnda qejsər ycyn өlym hazьrlanırkən, mydhiş xəjallar dynjanь qorquja salьrmьş. Şəhərlərdə өlylər dolaşьr, gөjlərdə janar qujruqlu jьldьzlar gөrynyr, qanlь yaƣьşlar yaƣьr, gynəş dutulur, gөjdən jьldızlar tөkylyrmyş. Joqsa indi də belə hallar gөrəçəjiz və bu bəla bildirişləri sonunda qanlь fəlakətlər tөrədəçəkdir.
Jenə gəldi, o gəlir, qoj o məni məhv etsin, mən qorqmajaçaƣam. Mən ondan soruşaçaƣam. Ej kөlgə! Dajan! Sənin səsin varsa, danьşa bilirsənsə sөjlə! Sənin myəzzəb ruhuna xejir bir iş jardьm edərsə, sөjlə! Mən japmaja hazьram. Joqsa sən vətənin fəlakətini gөryb onu qajtarmaja çalışırsan. Sөjlə! Aman sөjlə! Bəlkə sən bir xəzinə basdırmışsan və ijit bir nəfər çьqьb bulunçaja qədər, onlarьn keşigini cəkərək dolaşьrsan. Sөjlə, sөjlə, mənə çavab ver. Marsellos, onun jolunu kəs!
M a r s e l l o s. Dajan!
H o r a t s i o. Indi ki çavab vermək istəməjir, vur!
B e r n a r d o. Dajan, dajan!
H o r a t s i o. Buraja, buraja gəl.
M a r s e l l o s. Getdi…
Biz qralьn kөlgəsini təhqir etdik. Onun şanlь ruhu inçidi, açьqlandь. Biz nə japa bilərdik? Qьlьnçьmьz, mьzraqlarьmьz ona əsər etməjirdi.
H o r a t s i o. Əvət, biz səfahətimiz ilə onu təhqir etdik. Artьq sabah jeli də əsir. Şərqdə gөj yzy allanmьşdьr. Arqadaşlar, bizim jerimizə nevbətcilər gəlir, gəlin dyşynəlim. Bunlarьn hamьsьnь Hamletə sөjləjəlimmi? Bəlkə o, өz oƣlu ilə danьşьb gəlişinin sirrini ona acaçaqdьr. Hər halda bu sirri gizlin saxlajьnьz, qoj bu kөlgənin gəlişi aramьzda gizli qalsьn.
M a r s e l l o s. Razьjьq, biz sirri saqlarьq, fəqət Hamletə bildirməlijik. Qoy nə yapaçaƣьmьzь və nə dyşynəçəjimizi o kəsdirsin. Artьq durmajьn. Mən onun jerini bilirəm. Gedək! Bizi qorquja salan bu sirri ona anladalım!