Məzmuna keç

Haradan başıma düşdüsə sövdayi-Buxara

Vikimənbə saytından
Haradan başıma düşdüsə sövdayi-Buxara
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Haradan başıma düşdüsə sövdayi-Buxara,
Yandırdı mənİ vezi-qemefzayı-Buxara.

Hirslendim, acmdırn, özümü odlara yaxdım,
Fövri götürüb, gözlərimə eynəyi taxdım,
Məktublan açdım, oxudum, sözlerə baxdım,
Gördüm ki, fezihetdi sərapayi-Buxara.

Sartlar, tekeler, pirü cavan həpsi müəmməm,
Üst-başlan cındır, saç-saqqalları dərhəm.
Qanmaz olar alemdə, əgər qansa da aləm,
Şəkk etmə, gedib eyle tamaşayi-Buxara.

Yetmiş yaşan on yaşar oğlanlara nabend,
Qəlbin beçəbazlıqda eder cümləsİ xürsənd,
Mütrübdü, ya mütrüb babası hər biri pürfənd,
Məşğuldu eyş-işrətə hər bayi-Buxara.

Bu esri-tərəqqİde hamı xürremi-xendan,
Zilletdə, səfaletdə yaşar bircə müsəlman,
İnsan demək olmaz olara, çün deyil insan,
Şahiddi bu mətləbdə təqazayi-Buxara.

Qazİləri hər məhkəmədə almada rüşvət,
Hükkam eləyib həpsi qan içməkliye adət,
Mozlumdu, məflukdu hər yerdə rəiyyət,
Bilmem necə təqrir eləyim, vay, Buxara!

İran demə, İranda genə cüzi ədəb var,
Misr əhli maariflidi, çün başqa səbəb var,
Tunisdə, Sudanda nə qədr vəhşi əreb var,
Pisdir hamtsından genə min pay Buxara,

Sağ idi Əhod xan, var ıdi başqa əvalim,
Öldü o, o gun ki, yerini tutdu Mir Alim,
Məhv oldu ədalət dəxi, başlandı məzaüm,
Can çıxdı, fəqət qaldı həyulayi-Buxara.

Vaxtında o mərhum elədİ her işə iqdam,
Her şehri gəzib tutmadı bir ölkedə aram,
Əlhəq o kişi, qıldı uşaqbazlığın İtmam,
Sürdü kefmi, soylədi oxqay, Buxara.

Hər hansı çocuq olsa idi qarei-Quran
Getseydİ emirin yanına bir gecə pünhan,
FÖvri ona bir pensiya eylərdilər ehsan,
Xeyrat eleməkdə yox idi tayİ-Buxara.

Əfsus, o günlər ki, keçib bisəmər oldu,
Fəryad, o cür naz ile nemət hədər oldu,
Heyfa, o çocuqlar hamısı dərbədər oldu,
Oldu bütün afaqide rüsvay, Buxara.

İndi o yazıqlar dolanır bisərü bipa,
Yanmır olann halma bir kimsənə əsla,
Mir Alim uyub qızlara, keflənməyə hala,
Virane olub məskəni-mevayi-Buxara.

  • "Moila Nəsraddin". 15 fevral 1913, N 5