Məzmuna keç

Heç kəsin qəlbini özündən incik salma

Vikimənbə saytından
Heç kəsin qəlbini özündən incik salma
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Heç kəsin qəlbini özündən incik salma,

Səadətin yolu ancaq bundadır.


Ürəyi milçəyin halına yanmasa,

Bir gün hörümçəyin öz evi yanar.


Qəfəsdəki quşa rəhm etməzsə,

Qəza ovçunun əlin sındırar.


Çəmən səhnəsinə ahəstə qədəm bas,

Məbada, səndən çör-çöp inciyə.


Sən hər kəslə mehriban ol,

Ancaq özün isə heç kəsdən mehribanlıq təmənna etmə.


Ey dost, nə qədər ki, sağsan, yaxşılıq elə,

Çıxan nəfəs bir daha geri qayıtmaz.


Bir an nəfsin və həvəsin təhrikindən,

Azad olanın halına eşq olsun.


Vəfa, insaf yolunu əldə əsas tut,

Şərafət yolu ancaq budur və bəs.