Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/36

Vikimənbə saytından
(Kənarında (Zodlu Abdulla) səhifəsindən istiqamətləndirilmişdir)
Bu səhifə korrektə edilib

DİLİM-DİLİM

Aşıq, nə yar deyib fəğan edirsən?
Titrəyir ağzımda, yar, dilim-dilim.
Baş yastıqda, gözü yolda qalmışam,
İstəyir dağlardan qar, dilim-dilim.

Eşqin firqətindən bəlkə çaşmışam?!
Dərd əlindən başım alıb qaçmışam.
Onun həsrətindən xəstə düşmüşəm,
İstərəm köksündən nar dilim-dilim.

Heç bilmirəm nə xəyala dalıbsan?
Haldan salıb ixtiyarım alıbsan.
Yazıq Abdullanı gözdən salıbsan,
Al xəncəri, məni yar dilim-dilim.

YOL KƏNARINDA

Səhər şikarında çıxdı qarşıma,
Bir cüt gözəl gördüm yol kənarında.
Bülbül güldən ötrü bağı dolanır,
Ömrünü qoyubdu gül kənarında.

36