Kərəm eylə (Şah İsmayıl Xətai)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Kərəm eylə Müəllif: Şah İsmayıl Xətai |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Gövhərin keçməyən yerdə,
Satma, qardaş, kərəm eylə.
Ləl daşını çay daşına
Qatma, qardaş, kərəm eylə.
Gördün bir yerdə aşina,
Hər nə dersən öz başına,
Yоl daşını yоl quşuna
Atma, qardaş, kərəm eylə.
Gördünsə bir yerdə rəqib,
Neylərsən yüzünə baxıb,
Münkiri qatara çəkib
Getmə, qardaş, kərəm eylə.
Xətayim çağırır, irə,
Dünya belə gəlmiş zirə,
Arif, оxun əbəs yerə,
Atma, qardaş, kərəm eylə.