Məzmuna keç

Kərimdi

Vikimənbə saytından
Kərimdi
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Başına döndüyüm gülüzlü ana,
Gəlməsin Abbasım, Allah kərimdi.
Dərdindən olmuşam dəli-divana,
Gəlməsin Abbasım, Allah kərimdi.

Fələk məni şad eləyib güldürü,
Ağladıban çeşmim yaşın sildiri,
Becan kəmfürsətdi, gəlsə öldürü,
Gəlməsin Abbasım, Allah kərimdi.

Gülgəz Pəri saralıban solunca,
Qaynayıban peymanələr dolunca,
Qoy gəlməsin Məhəmməd xan gəlincə,
Gəlməsin Abbasım, Allah kərimdi.