Kağız (Aşıq Şenlik)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Kağız
Müəllif: Aşıq Şenlik
Mənbə: Qəşəm Vəliyev (2012). Çıldırlı Aşıq Şenlik (az). Azərnəşr. achiqkitab.az. Yoxlanılıb 2017-02-14.

Gəl səni göndərim Şəvşət elinə,
Qəryeyi-Qüçendə əylən qal, kağız.
Tənəzzül eyləyib istiqbalinə,
Get Arif ustaya təzim qıl, kağız.

Molla Ziyaynan etmişik ilqar,
İgid ilqarını eyləməz inkar,
Şiddətli şaxtadı,ixtiyarlıq var,
De ki, zalım dağlar vermir yol, kağız.

Şenlik der, səbəbsiz sağalmaz yara,
İlaç Allahdandı,qul edər çarə,
Yaralı Qasımı o loğmanlara,
Allaha amanat tapşır gəl, kağız.

%75 tamamlandı