Kitabi-həyat
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Kitabi-həyat Müəllif: Məhəmməd Hadi |
Bir nişangahi-fəlakətdir sərasər xakdan,
Tiri-cansuzi-bəlayayə nişandır xakiyan.
Gördüyün əncümmüdür pirayəbəxşi-asiman?
Tiri-möhnətdən dəlinmiş, göz-göz olmuş, kün-fəkan,
Dəsti-cəlladi-qəzadən zəxmdar olmuş cahan.
Şol fəzadə seyr edən sanma səhaibparədir,
Ahi-şivəngahi-candır, dərddən min parədir,
Hadiya, hüzni-ümumi çəkmədən dil yarədir,
Yox məsərrətdən əsər, möhnətşüar olmuş cahan.
Sanma barandır yağan matəmgəhi-ünsiyyətə,
Halımız tə’sirbəxşi-qəm olub qüdsiyyətə,
İştə ağlar qüdsiyan əhvali-insaniyyətə,
Bizdə asari-mürüvvət hissi yox cinsiyyətə,
Bir sürü cəllad əlindən əşkbar olmuş cahan.
Teyri-sərvistani-qüdsüz, olmuşuz zibi-qəfəs,
İstəriz azad olaq zindani-qəmdən bir nəfəs,
Qiyməti-hürriyyəti təqdir edir əhrar, bəs -
Zülmə, istibdadə insaniyyət eylərmi həvəs?
Ah kim, dəsti-sitəmlə təngü tar olmuş cahan!
Zibi-zindani-səfalətdir tərəqqipərvəran,
Zivəri-baği-səadətdir dənaətgüstəran,
Dari-zülm olmuş cahan, yoxdur ədalətdən nişan,
Təlxi-abi-cövr ilə aludədir nasutiyan,
Tabdari-mə’dələt olmazmı gülzari-cahan?
Ey həqiqət, zəhrin ilə təlxdir vicdanımız,
Tiri-möhnətbarına san kim, hədəfdir canımız,
Bəhcətabad olmadı bir an dili-viranımız,
Rəhgüzari-qəm deyilmi bu xəyalistanımız?
Rəhrövi-mülki-fənayə rəhgüzar olmuş cahan.
Boylə söylər "Məntiqüt-teyr"i* bilən guyani-raz:
Şol gözlər quşlar deyil bica yerə şivəntəraz,
Hər kəs öz alamına bir şivə ilə növhəsaz,
Sevgili quşlar, qılın dəsti-cəfadən ehtiraz,
Bir bölük səyyaddən bizarü zar olmuş cahan.
Nəğmərizi-ibtihac ikən çəməndə bülbülan,
Ərzi-rüxsari-lətafət eyləyirkən qönçəgan,
Tündbad əscək olur gülşən vərəqrizi-xəzan,
Laneyi-həsrətdə qərqi-hüzn olur gülpərvəran,
Bir müğilangahi-möhnətdir çəmənzari-cahan.
Sahəpirayi-çəmən olmuş ərusani-bəhar,
Gülmüdür? Yox, hər biri bir çöhreyi-huriüzar,
İştə qılmışdır fələk təslimi-ağuşi-məzar,
Madəri-namehribandır ruzgari-kəcmədar,
Ey bəsa ahuyə şiri-canşikar olmuş cahan.
Bir vücudu eyləyir bir arifi-hikmətnümun,
Calisi-təxti-maarif, zivəri-ərşi-fünun,
Dəsti-səyyadi-əcəldə axır eylər sərnigun,
Kəşfi-əsrari-cahanda aciz olmuş arifun,
Həddi-əqli-muşikafə sığmaz əsrari-cahan.
Qəmfəza bir mənzərə təşkil qılmış kainat,
Sərnüma olmaqda hər dəm qəmli-qəmli faciat,
Təlx bir mə'na ilə ləbrizdir cami-həyat,
Saheyi-vəhşət deyilmi kainati-hadisat?
Cəngi-fitriyyi-bəşərçin karzar olmuş cahan.
Xameyi-möhnətnəvisim qəlbi-səngi mum edər,
Şe'ri-cansuzum fərəhpərvərləri məhmum edər,
Qəm nədir dərk etməyən qafilləri məğmum edər,
Bu məsaibgahi-dəhrin nolduğun mə'lum edər.
Möhnətü yə'sü ələmlə dilfikar olmuş cahan.
Ey qələm, bəsdir əritdin qəlbi-riqqətpərvəri,
İştə təsvir eylədin bir lövheyi-yə'savəri,
Neyləyək, övraqi-möhnətdir həyatın dəftəri.
Məktəbi-qəmdə şu dərs olmuş lisanım əzbəri: