Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında
Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında (1948) Müəllif: SSRİ Nazirlər Soveti |
Mənbə |
"SSRİ Nazirlәr Soveti Qәrar № 754"
"Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi üzrә tәdbirlәr haqqında."
SSRİ Nazirlәr Sovetinin "Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında" 23 dekabr 1947-ci il tarixli 4083 saylı Qәrarına әlavә olaraq SSRİ Nazirlәr Soveti qәrara alır:
1. Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına tamamilә köçürülmüş kolxozlara onlarda olan bütün istehsal vasitәlәrini (kәnd tәsәrrüfatı maşınlarını, inventarı, canlı vә mexaniki qoşqu vasitәlәrini, bütün növlәrdәn olan qara-malı vә quşları, arı ailәlәrini, nәqliyyat vasitәlәrini vә digәr әmlakı, habelә natural vә digәr fondları) yardımçı müәssisәlәr (dәyirmanlar, dinglәr, elektrik stansiyaları) vә digәr istehsalat, mәdәni-mәişәt tikililәri istisna olmaqla, özlәrilә aparmağa icazә verilsin.
2. Müәyyәn edilsin ki, Azәrbaycan SSR-in Kür-Araz ovalığına kolxozçuları köçürülәn Enmәnistan SSR-in kolxozları köçürülәn kolxozçuların payına düşәn daşınan әmlakı (kәnd tәsәrrüfatı maşınlarını, inventarı, canlı vә mexaniki qoşqu vasitәlәrini bütün növlәrdәn olan qara malı vә quşları, arı ailәlәrini, nәqliyyat vasitәlәrini, natural vә digәr fondları) köçürülmә faizindә onların tәrkibinә daxil olduqları kolxozlara verirlәr, onların payına düşәn daşınmaz әmlakın (çoxillik bitkilәrin, dәyirmanların, elektrik stansiyalarının vә digәr tәsәrrüfat vә mәişәt tikililәrinin) dәyәri isә Azәrbaycan SSR Nazirlәr Soveti vә Ermәnistan SSR Nazirlәr Soveti tәrәfindәn müәyyәn edilmiş müddәtlәrdә mәskunlaşma yerlәrindәki kolxozlara verilir.
3. Azәrbaycan SSR Nazirlәr Sovetinә vә Ermәnistan SSR Nazirlәr Sovetinә tapşırılsın ki, Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülәn kolxozlarla, kolxozçularla vә digәr azәrbaycanlı әhali ilә onların Ermәnistan SSR-dә saxladıqları әmlaka görә hesablaşmaların qaydasını bir ay müddәtindә müәyyәn etsinlәr.
4. Ermәnistan SSR Nazirlәr Sovetinә vә Azәrbaycan SSR Nazirlәr Sovetinә tapşırılsın ki, köçürülәn kolxozçulara, hәmçinin Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülәn fәhlәlәrә vә qulluqçulara çıxma yerlәrindә onlara mәxsus evlәrin satılmasında kömәk etsinlәr.
5. Azәrbaycan SSR Nazirlәr Sovetinin köçürülәn әhalinin tәsәrrüfat quruluşu vә kolxoz tәsәrrüfatlarını köçürülmәsi şöbәsinin Azәrbaycan SSR Nazirlәr Sovetinin köçürülmә idarәsinә çevrilmәsi mәqsәdәuyğun hesab edilsin.
6. Kür-Araz ovalığında suvarılan torpaqların mәnimsәnilmәsi İdarәsinә köçürülәn kolxozlara, köçürülәn kolxozçulara, köçürülәn kolxozçulara texniki yardım vә inşaat materialları ilә tәmin edilmәkdә yardım edilmәsi, habelә göstәrilәn köçürülmәlәrin abad mәskunlaşması üçün zәruri olan yardımçı müәssisәlәrin tikilmәsi hәvalә edilsin.
7. Azәrbaycan SSR Nazirlәr Sovetinә vә SSRİ kәnd tәsәrrüfatı nazirliyinә "Azәrköçürmәtikinti" kontorunun bazasında "Azәrköçürmәtikinti" tresti, onun Kür-Araz ovalığında suvarılan torpaqların mәnimsәnilmәsi İdarәsinә tabe etmәklә, tәşkil edilmәsinә, habelә göstәrilәn trestdә Sәlyan, Әli-Bayramlı, Sabirabad vә Puşkin mәntәqәlәrindә tikinti-quraşdırma kontorları tәşkil edilmәsinә icazә verilsin.
8. Azәrbaycan SSR Nazirlәr Sovetinә:
a) kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi dövrü üçün Ermәnistan SSR-dә (Yerevan şәhәrindә) nümayәndәlik tәşkil etmәyә;
b) azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsilә әlaqәdar hazırlıq işlәrinin aparılmasına (layihәlәşdirmәyә, yardımçı müәssisәlәrin tikilmәsinә, meşә-sәnaye tәsәrrüfatlarının tәşkilinә, materiallar, tikinti avadanlığı, nәqliyyat-vasitәlәri alınmasına) respublika üzrә mәrkәzlәşdirilmәmiş (limitdәn kәnar) әsaslı xәrclәrә 1948-ci il üçün nәzәrdә tutulmuş mәblәğ hesabına 1948-ci ildә 11 milyon manat xәrclәmәyә;
c) Molotov vilayәtindә meşә materialları tәdarükü üzrә işlәr üçün vә Azәrbaycan SSR-in Kür-Araz ovalığında suvarılan torpaqların mәnimsәnilmәsi idarәsinin apardığı işlәr üçün respublikanın kәnd әhalisi arasından 1948-ci ildә 700 nәfәr tәşkil edilmiş toplama aparmağa icazә verilsin.
9. Azәrbaycan SSR Kür_araz ovalığında suvarılan torpaqların mәnimsәnilmәsi idarәsinә:
a) 1948-ci ildә qurğular, binalar vә yardımçı müәssisәlәr tikilmәsi üzrә işlәr aparmağa, hәmçinin kәnd tәsәrrüfatı komitәsilә razılaşdırılmış maliyyә-hesablamaları üzrә köçürülmә tikintisinin gәlәcәk genişlәndirilmәsinә hazırlıq tәdbirlәri görmәyә: b) 1948-1950-ci illәrdә Molotov vilayitindә meşә-sәnaye tәsәrrüfatının istehsal gücünü artırmağa icazә verilsin.
10. SSRİ Dövlәt Tәchizat Komitәsinә, Avtomobil vә traktor sәnayesi nazirliyinә, Maşınqayırma vә cihazqayırma nazirliyinә, Elektrik sәnayesi nazirliyinә, SSRİ әt vә süd sәnayesi nazirliyinә, SSRİ Tikinti materialları sәnayesi nazirliyinә, Kimya sәnayesi nazirliyinә, SSRİ Yeyinti sәnayesi nazirliyinә tapşırılsın ki, 1948-ci ildә Azәrbaycan SSR Nazirlәr Sovetinә Kür-Araz ovalığında suvarılan torpaqların mәnimsәnilmәsi idarәsi üçün Әlavәyә uyğun miqdarlarda avadanlıq vә materiallar göndәrsin.
11. Mәrkәzi kooperativlәr ittifaqına tapşırılsın ki, Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülәn kolxozlara vә kolxozçulara satmaq üçün Azәrbaycan SSR Nazirlәr Soveti ilә razılaşdırmaqla inşaat materialları vә avtomaşınlar gәtirsin.
12. Yollar nazirliyinә tapşırılsın ki, 1948-ci ildә Azәrbaycan SSR Kür-Araz ovalığına suvarılan torpaqların mәnimsәnilmәsi idarәsinә Azәrbaycan dәmir yolunun Lәnkәran, Sәlyan, Sarıcalar, Saatlı, Qırmızı Kәnd, Daykәnd, Papanin, Yeni Osmanlı, Maşburun, Ucar vә Masallı stansiyalarında dәmir yolunun ixtiyarında olan sahә hüdudlarında göndәrmә-yüklәmә meydançalarına dalanlar çәkilmәklә boşaltma-yüklәmә vә rels anbarları üçün hәr birinin uzunluğu 600 metr olan sahәlәr ayırsın. Göstәrilәn işlәrin aparılması Azәrbaycan SSR Kür-Araz ovalığında suvarılan torpaqların mәnimsәnilmәsi idarәsinә hәvalә edilsin.
13. SSRİ Kәnd tәsәrrüfatı nazirliyinә 1948-ci ildә Azәrbaycan SSR Nazirlәr Sovetinә Azәrbaycan SSR-in meşә materialları tәdarükü tәşkilatlarına satmaq üçün atçılıq zavodlarından çıxdaş edilmiş 50 at ayırmağa icazә verilsin.
14. SSRİ Nazirlәr Soveti yanında Dövlәt ştat komissiyasına tapşırılsın ki, Azәrbaycan SSR Nazirlәr Soveti yanında tәşkil edilәn köçürülmә idarәsinin, "Azәrköçürmәtikinti" trestinin vә onun tikinti-quraşdırma kontorlarının, habelә Azәrbaycan SSR Nazirlәr Sovetinin Ermәnistan SSR-in Yerevan şәhәrindә nümayәndәliyinin ştat cәdvәllәrini bir ay müddәtindә nәzәrdәn keçirsin vә tәsdiq etsin.
SSR İttifaqı Nazirlәr Sovetinin sәdri İ.Stalin
SSRİ Nazirlәr Sovetinin İşlәr müdiri Y.Çadayev.
10 mart 1948-ci il Moskva, Kreml