Müəllif:Ordubadlı Aşıq Kərim

Vikimənbə saytından

Ordubadlı Aşıq Kərim (XVII əsr)

Məndən salam olsun Məlik paşaya,
Nə şəcərdi, onun budağı yeddi?
Yüz iyirmi dörd min şahın içində
Yanıb şölə çəkər çırağı yeddi?

Nə güldü ki, aləm doymaz iyindən,
Necə doymaz Leyli Məcnun xoyundan,
Nə çeşmədi içmək olmaz suyundan,
Başı birdi, başdan ayağa yeddi?