Mübāsə
Görünüş
(Mübahisə səhifəsindən istiqamətləndirilmişdir)
| Salyan dialektində | Standart azərbaycancada |
|---|---|
| İki yoldaş olır — birinin adıi Əhmət, birinin Zəhmət. Əhmət Zəhmətə didi ki, mə̃m atam çox bõügdü. Zəhmət didi ki, nə boydadıi? Əhmət didi: "yap öy boyda!". Zəhmət didi ki, sə̃n aton cortdandıi, mə̃mki on öy boydadıi. Əhmət didi: "Mə̃m atam yap bõügdü, az qalıb başıi aya çata". Zəhmət didi: "Mə̃m atam yap ildıza çatır". Mübāsə çox uzandıi. Āxırda Zəhmət yoldaşın alladır, onnan sorışır: "Bilirəm sə̃n aton çox bõügdü, ōn boyıi ildıza çatır. Sən di görüm, ildızdarın yanında atōun başına bi şey dəgirdi, ya yox?". Zəhmət sõündi ki, atasi çox bõügdü, həm də atasının başına dəgən, bəyəvara, Allahın əlidi. Didi ki, hə, dəgirdi. Əhmət bı cāba çox sõündi, sōra didi ki, sə̃n atōun başına dəgən o şey mə̃m atamın əliydi, indi gör, mə̃m atam nə boydadı. | İki yoldaş olur — birinin adı Əhməd, birinin Zəhmət. Əhməd Zəhmətə dedi ki, mənim atam çox böyükdür. Zəhmət dedi ki, nə boydadır? Əhməd dedi: "lap ev boyda!". Zəhmət dedi ki, sənin atan cırtdandır, mənimki on ev boydadır. Əhməd dedi: "Mənim atam lap böyükdür, az qalıb başı aya çata". Zəhmət dedi: "Mənim atam lap ulduza çatır". Mübahisə çox uzandı. Axırda Zəhmət yoldaşını alladır, onnan soruşur: "Bilirəm sənin atan çox böyükdür, onun boyu ulduza çatır. Sən de görüm, ulduzların yanında atanın başına bir şey dəyirdi, ya yox?". Zəhmət sevindi ki, atası çox böyükdür, həm də atasının başına dəyən, bəlkə, Allahın əlidir. Dedi ki, hə, dəyirdi. Əhməd bu cavaba çox sevindi, sonra dedi ki, sənin atanın başına dəyən o şey mənim atamın əli idi, indi gör, mənim atam nə boydadır. |