Məzmuna keç

Mühəmmədə bir gecə Çələbdən endi Buraq

Vikimənbə saytından
Mühəmmədə bir gecə Çələbdən endi Buraq
Müəllif: Yunus Əmrə
Merac
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Mühəmmədə bir gecə Çələbdən endi Buraq,
Cebrayil aydur, xocam, me’race qığırdı Heqq.

Aç kəndünə cinanun, behiştü didar senün,
Seni oqur Sübhanun, ne yatursm, qıl yaraq.

Turdı me’rac qəsdinə, yüridi abdəstinə,
Səcdə qıldı dostına, demədi yaqın-ıraq.

Getdi ibril həzrəti, gətürdi Buraq atı,
Nurdan idi xəl'əti, gözi göhər, yüzi aq.

Qədəm bir taşa basdı, taş qapdı bilə vardı,
Kaf ya mübarək dedi, şöylə qaldı tnüelləq.

Taş aydur gələsini, bir qədəm basasmı,
Rəsul aydur gəlürəm, buyurur isə ol Həqq.

Göglerə xəbər oldı, yer-gög şadılıq toldı,
Ay durlar Əhməd gəldi, bəzəndi səkiz uçmaq.

Gör Mühəmməd neylədi, gögleri seyr eylədi,
Ümmətini toyladı ərşə hənuz vancaq.

Çün keçdi fələkləri ün gəldi kim, gəl bəri,
Qaldurdum pərdələri, həmən cəmaluma baq.

Didarum sana əyan, göstərəm bəllü bəyan,
En Buraqdan, ol yayan, ərşüme bas bir ayaq.

Fəriştələr gəldilər Buraqdan endürdilər,
Ne’lini döndürdiler, ol dem yüridi yayaq.

Üveys yerindən turdı, ərşdə nə Tin döndürdı,
Mühəmməd am gördi, vüsalə döndi fəraq.

Çün dost dosta qavuşdı, yüz bin kəlam danışdı,
Ümmətiyçün çalışdı, oldur rəsuli-mütləq.

Me’racdan döndi yenə, gerü gəldi evinə,
Gəldi gördi hənuz kim döşəcigİ ısıcaq.

Neçə bin yıllıq yola bir dəmdə vara gələ,
Yunus aydur kim ola, Mühəmməddür ol mütləq.

Ümmətə ümmət deyən, ümmət qeydini yeyən,
Əgər ümməti isən, de İslam dininə həqq.