Müsəddəs 1 Dün sayə saldı başimə bir sərvi-sərbülənd
Görünüş
| Dün sayə saldı başimə bir sərvi-sərbülənd Tərcibəndlər, tərkibəndlər, müxəmməs, təxmis və mürəbbelər (Füzulinin Azərbaycanca Divanı) (2024) Müəllif: Məhəmməd Füzuli Tərcüməçilər: Həmid Araslı |
Dün sayə saldı başimə bir sərvi-sərbülənd
Kim, qəddi dilrüba idi, rəftarı dilpəsənd.
Göftarə gəldi nagəh açıb lə’li-nuşxənd,
Bir püstə gördüm onda, saçır rizə-rizə qənd,
Sordum: məgər bu dürci-dəhəndir? – dedim, dedi:
– Yox, yox, dəvayi-dərdi-nihanındürür sənin!