Məzmuna keç

Müstəzadlar

Vikimənbə saytından
Müstəzadlar
Müəllif: Molla Pənah Vaqif

 
Yarım nə gözəl geyinib, əlvan bəzənibdir,
Balapuşi-yaşil,
Gülşəndə, sanasan, güli-xəndan bəzənibdir,
Xurşidə müqabil.
Sübhi duruban cilvə verir iki yanağə,
Dünyaya salır nur,
Bir hüsni-bədi-tələti-taban bəzənibdir,
Xoş rövnəqi kamil.
Fitnə gözünə sürmə çəkib, qaşinə vəsmə,
Can almağa durmuş,
Hər qəmzəsi bir afəti-dövran bəzənibdir,
Bir qəmzəsi qatil.
Ənbərmi və ya müşki-Xətən, reyhan iyidir,
Hərdəm gəlir ondan,
Səndəl qoxulu zülfü pərişan bəzənibdir,
Qarətgəri-kamil.
Vaqif, nə tamaşə, nə əcayib, nə qiyamət,
Ərər xəcil oldu,
Ta gördü ki, ol sərvi-xuraman bəzənibdir,
Aləm ona mail. Ya rəbbi, bu şəhrə, о üzü mah gələydi,
Gedəydi bu zülmət,
Məcmueyi-xubana şəhənşah gələydi,
Edəydi ədalət.
Hicran, mənə sən çox elədin zülmü sitəmlər,
Səndən edərəm mən,
Fəryadıma ol xosrovi-dərgah gələydi,
Gör kim, nə şikayət.
Biləydi ki, Fərhad kimi təlxməzacəm,
Bir dadə yetəydi.
Ol ağzı şəkər, sözü şirin xah gələydi,
Edəydi inayət.
Vaqif, gecələr eyləmək olmaz qəmə dərman
Gər olmasa həmdəm,
Allahdan olub lütf о həmrah gələydi,
Qıl gündə mübahət. Ey zülfü siyəh, sinəsi əbyəz, gözü alə,
Nə türfə cavansan!
Ağzın kimi yox qönçə, yanağın kimi lalə,
Gülzari-cinansan!
Görsə üzünü məh yetər, əlbəttə, zəvalə,
Xurşidi-cahansan!
Heç bəndə sənə olmaya, yarəb ki, həvalə,
Sən afəti-cansan!
Söz yox ki, bu zənəxdanəvü ruxə, xətü xalə,
Xubluqda əyansan!
Dibaçeyi-lövhi-qələmə katibi-qüdrət
Yazmış səni əvvəl.
Heç adəmə üz verməmiş əsla belə surət,
Pürzinətü seyğəl,
Zülfün sözü hər nüsxədədir, ey pəri tələt,
Bir şərhi-mütəvvəl.
Göydə yetirir müttəsil ayə, günə, xiclət,
Hüsnündəki məşəl.
Müjganın urar tənə oxun göydə hilalə,
Xub qaşı kamansan!
Rəftari-qədin eylədi sayə kimi pamal
Şümşadı çəməndə.
Qan ağladır ol qönçeyi-xəndani məhü sal,
Ləlindəki xəndə.
Sultani-cahan sər vərisən – sahibi-iqbal,
Aləm sənə bəndə,
Göftarın edər tutiyi-şəkkərşikəni lal,
Hər nitqə gələndə.
Sən Xosrov olubsan, vəli, hər şəhd məqalə
Şirini-zəmansan!
Sənsən, sənəma, cümleyi-xubanə şəhənşah,
Yox sən kimi dilbər. Bərqi-üfüqündən ki, üzün bir çıxa nagah,
Xurşidə bərabər,
Salır özünü ziri-niqabə şəfəqü məh,
Manəndeyi-əxtər.
Insan ola bilməz bu sifət pak, münəzzəh,
Cəm olsa sərasər,
Sən cinsi-mələksən yetişibsən bu kəmalə,
Ya ruhi-rəvansan?
İsna əşərə çakəri-kəmtər ola Vaqif,
Sərdaridir əla,
Xaki-dəri-evladi-peyəmbər ola Vaqif,
Neylər dəxi dünya?
Ol gündə ki, həngameyi-məhşər ola Vaqif,
Tut daməni-mövla,
Fəryadrəsin Heydəri-səfdər ola, Vaqif,
Xof eyləmə əsla!
Sən qərqsən hərçənd ki, dəryayi-vəbalə,
Tövfiq bularsan. Sən qönçə kimi hər bir edən dəmdə yaşınmaq,
Artar bizə yüz mərtəbə odlarına yanmaq,
Mən aşiqəm, ey gül sənə, olmaz bunu danmaq,
Ölən günədək eyləməzəm səndən usanmaq,
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Allaha şükür, lalə yanağında eyib yox,
Dişində, dəhanində, dodağında eyib yox…
Bir zərrəcə zülfündə, buxağında eyib yox,
Qaşında, gözündə, qabağında eyib yox,
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Mən ha sənin ol məh üzünü görmüşəm yüz yol,
Ol kirpiyini, şux gözünü görmüşəm yüz yol,
Həm yoldaşını, həm özünü görmüşəm yüz yol,
Şəkkər kimi şirin sözünü görmüşəm yüz yol,
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Mən xud deyiləm bədnəzər, ey gözləri şəhla,
Məndən üzünü yaşırısan sən elə bica.
Qoysan, eləyim üzünə doyunca tamaşa,
Öldürdün axır, məndə ki, can qalmadı əsla,
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Qeyridən əgər ki, edəsən sən bu hicabı,
Billəm ki, sözündür vəli məqbulu hesabı,
Yoxsa, məni görcək, üzünə çəkmə niqabı,
Gəl, Tanrı üçün, Vaqifə çox vermə əzabı,
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq! Bir nimtənə kim, ta ola zərbəftü nikutər,
Diba ona möhtac,
Mətnində tamam rabitə mövzunu sərasər,
Tək haşiyə qıyqac;
Üstündə onun aşiqü məşuq müsəvvər,
Dil şövqünə minhac;
Ulduza şəbih nəqşi, yeri göy kimi əxzər,
Nəzzarəsi bəhhac;
Tiri-nəzəri-əhli-təmaşayə müqərrər,
Hər butəsi amac;
Içində onun şölə verə tələti-dilbər,
Ta bəndeyi-vəhhac;
Görən deyə bu mahdır, ol çərxi-pürəxtər,
Ya bəhri-pürəmvac;
Kəbə evinin örtüyünə duta bərabər,
Simasını hüccac;
Gər düşsə ətəyi ələ, əlbəttə, tez eylər,
Bizdən qəmi ixrac;
Əndişə nə itdir, çıxa bir də çəkə ləşkər,
Könlü edə tarac.
Şənü əşrəfi xələti-şahanədən artıq,
Pirayeyi-şövkət;
Fərrü fərəhi zibi ərusanədən artıq,
Sər dəftəri-ziynət;
Tənü tərəbi nəşəyi-peymanədən artıq,
Zövqi-meyi-cənnət;
Zər düymə giribanına dürdanədən artıq,
Mənzum ola, əlbət;
Əqli gedə, sərxoş divanədən artıq,
Onu geyən övrət,
Dönə ərinin başına pərvanədən artıq,
İşlər tapa surət;
Zülfə bu dönüm sarmaşa əl şanədən artıq,
Candan çıxa həsrət; Oxuna bucaqlarda kütubxanədən artıq,
Ehkami-şəriət;
Tərifi düşə dillərə əfsanədən artıq,
Ta ruzi-qiyamət;
Cəm olsa əgər bir yerə yüz cameyi-əkbər,
Cümləsinə sərtac.
Ol vaxt ki, şod hazirü mövcudü mühəyya,
Inrəxti-dilaviz,
Bayəd ki, fürüstadə şəvəd zud bəinca
Əz peyk səbükxiz,
Əz bəhri-hüsuləş binişin, fikri bifərma
Gu çareyi-təcviz,
Nəleyn-bə papuş ze-ahən bəkəf əmma
Dərgir əsa niz,
Ziri-qədəm əfkən həmə məxluq sərapa
Ba nikü bəd amiz,
Mipors zi-hər millətü hər cins, xüsusa
Əz mərdümi-Təbriz,
Rov zəhməti, imruz bikəş əz peyi-fərda
Ey puri-dilaviz!
Nə ğüssə zi pəs xorü, nə əz piş qəm əsla
Bi pərdəvü pəhriz,
Tən deh bəqəza baş peyapey peyi-sevda
Məngəh bə digər niz,
Ta anki bizayi pesəri ey Əbu-Cəfər
Çün düxtəri-sərrac.
Zahir ki, mənə tənü təərrüz yetən eylər,
Yəni ki, flani,
Imdən geri arayişi-əsbabi-zən eylər
Tevri-Sefəhani,
Bu bidəti nə ləzgi və nə şahsevən eylər
Nə kürdi-Kolani,
Derlərdi ki, külfətlərinə pirəhən eylər
Kirbasü kətani,
О böylə deyildi görəsən ki, nədən eylər,
Kim azdırıb ani; Seyrani gülüstanə məgər ki, gələn eylər
Təğyir həvanı,
Özün ki, qocalmış kimi xoy dəyşirən eylər
Oğlani-zəmanı,
Rişxənd edibən daxi neçün çöp dərən eylər
Hatəm xan ağanı,
Neylim, tuturam mən qələt anı deyən eylər
Fərmani-xudanı,
Böylə buyurubdur ər edə övrətə zivər
Ol xaliqi-əzvac.
Vaqif ər olan övrətə heyran necə olmaz,
Çağ etsə damağın?
Heyran ki, olur bəndeyi-fərman necə olmaz?
Sözün sölə sağın.
Sevməzmi, nə sözdür, dili suzan necə olmaz
Pərvanə çirağın?
Dönməzmi hübabə, evi viran necə olmaz,
Yıxmazmı otağın?
Həmdəmsiz igid çaki-giriban necə olmaz,
Açmaz yaxa bağın?
Al qana boyar, qərqeyi-tufan necə olmaz,
Göz qarasın, ağın?
Qönçə dəhənin görməsə, giryan necə olmaz,
Xəndan dodağın?
Ol xanəxərabın ciyəri qan necə olmaz,
Boş görsə qucağın?
Peşkəş belə yoldaşına baş, can necə olmaz?
Onun ki, ayağın
Götürmüş ola çiyninə peyğəmbəri-sərvər
Ol sahibi-merac.