Mə’ni evinə talduq, vücud seyrini qılduq
Görünüş
Mə’ni evinə talduq, vücud seyrini qılduq Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Mə’ni evinə talduq, vücud seyrini qılduq,
İki cəhan seyrini cümlə vücudda bulduq.
Bu çizginən gögləri, təhtüssəra yerləri,
Yetmiş bin hicabları cümlə vücudda bulduq.
Yedi yer, yedi gogi, tağları, dənizləri,
Uçmağ ilə tamuyı cümlə vücudda bulduq.
Gecə ilə gündüzi, gögde yedi yılduzı,
Lövhdə yazılı sözi cümlə vücudda bulduq.
Musa ağduğı Tun, yoqsa Beytül-me'murı,
israfil çalan sun cümlə vücudda bulduq
Tövrat ilə İncili, Fürqan ilə Zəbun,
Bunlardağı bəyanı cümlə vücudda bulduq.
Yunusun sözləri Heqq, cümləmüz dedük səddəq,
Qanda istərsən anda Heqq, cümlə vücudda bulduq.