Məzmuna keç

Mənə bir şuxü şirin dilrüba bir pirəhən tikmiş

Vikimənbə saytından
Mənə bir şuxü şirin dilrüba bir pirəhən tikmiş
Müəllif: Molla Vəli Vidadi

Mənə bir şuxü şirin dilrüba bir pirəhən tikmiş,
Sanasan nəqşi-qüdrətdir əcəb türfə həsən tikmiş.

Tamaşa eylədim üstündə heç əl gəzməmiş guya
Çəkib bir surə öz cismi kimi nazik tikən tikmiş.

Bilir hər kəs, çıxar xoş nazik işlər nazəninlərdən,
Bəli, bir lalə üzlü, sərviqəd, nəsrinbədən tikmiş.

Uzaqdır, ey həbibim, böylə iş naəhl olanlardan,
Yenə bir dərmənd, eşq əhlinin qədrin bilən tikmiş.

Nə xoş olmuş Vidadi xəstənin əhvalına vaqif
Ki, sə’y etmiş bilib onu, bir əhvalə yetən tikmiş.