Bu səhifə korrektə edilib
HƏSƏN XƏYALLI İLƏ DEYİŞMƏ
Zodlu Abdulla:
Arif məclisində, qanan yanında,
Hər sözü dillərə yayılan mənəm.
Eşqin atəşidi yanan canımda,
Qəza qamçısıyla döyülən mənəm.
Həsən Xəyallı:
Ənbiyalar, övlüyalar şənində,
Zülaldan söhbəti sayılan mənəm.
Arif məclisində, alim yanında,
Bal kimi kəlməsi yeyilən mənəm.
Zodlu Abdulla:
Taqət olmaz qəriblərin dizində,
Mürvət olar mərd igidin özündə.
Səksənində, doxsanında, yüzündə
Qəflət yuxusundan ayılan mənəm.
94