Məzmuna keç

Mən tuqayam, bir quşam

Vikimənbə saytından
Mən tuqayam, bir quşam
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Azərbaycan uşaq ədəbiyyatı antologiyası, 3 cildlik nəşr, II cild" (PDF) (az.). Öndər nəşriyyat. 2005. İstifadə tarixi: 2026-08-14.

Mən tuqayam, bir quşam,
Oynayıb yorulmuşam.
İstəməm yorğan-döşək,
Anamın qoynu göyçək.
Baxım onun gözünə,
Qulaq verim sözünə.
Mənə versin ağılı,
Çox söyləsin nağılı.