Məzmuna keç

Səhifə:Araz Yaquboğlu. Daşkənd aşıqları və şairləri. Bakı, Nurlan, 2008, 416 səh.pdf/360

Vikimənbə saytından
(Məni (Araz Yaquboğlu) səhifəsindən istiqamətləndirilmişdir)
Bu səhifə korrektə edilib

MƏNİ

Ay gözəllər gözəli,
Əbəs qınadın məni.
Ay dünya bəxtəvəri,
Yaman yanadın məni.

Dözəmmədin bir səhvə,
Qoydun məni hədəfə,
Sınamışdın yüz dəfə,
Bir də sınadın məni.

Sınıq kölnüm yapmadın,
Varlığıma hopmadın,
Haqqı gəzib tapmadın,
Haqsız sanadın məni.

GÖZLƏRİ

Almazdan kəsərlidir,
Bədnəzərin gözləri.
Zəhərdən zəhərlidir,
Qanmazların sözləri.

Nəsihət de, nə qanar,
Nə alışar, nə yanar.
Nə pörtər, nə utanar,
İsmətsizin üzləri.

Örpəyi başa tutun,
Acgözü aşa tutun,
Arazam, daşa tutun,
Elə gərəksizləri.

360