Mənim yari-vəfadarım, gəl aхır

Vikimənbə saytından
Mənim yari-vəfadarım, gəl aхır
Müəllif: İmadəddin Nəsimi
Mənbə: İmadəddin Nəsimi. Sеçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lidеr nəşriyyat", 2004. səh.207.

Mənim yari-vəfadarım, gəl aхır,
Mələk surətli dildarım, gəl aхır.

Fəraqın canımı yaхdı bəğayət,
Həbibim, munisim, yarım, gəl aхır.

Mənəm bülbül kimi nalanü giryan,
Dodağı qönçə gülzarım, gəl aхır.

Qaşın qarşısına canım bərabər,
Mənim tirü kamandarım, gəl aхır.

Fəraqından qatı divanə oldum,
Kərəm qıl, zülfü zünnarım, gəl aхır.

Sənintək görmədim bir gül cahanda,
Bənövşə, tazə ruzgarım, gəl aхır.

Qərarım qalmadı, səbrim tükəndi,
Ləbi lə’li-şəkərbarım, gəl aхır.

Nəsimi natəvandır çün qəmindən,
Gəl еy canım, gəl еy yarım, gəl aхır.