Mənmi qocalmışam, ya zəmanəmi

Vikimənbə saytından
Jump to navigation Jump to search
Mənmi qocalmışam, ya zəmanəmi
Müəllif: Koroğlu
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Titrəyir əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşmır dəhanda söhbətim, sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?

Tutulur məclisdə igidin yası,
Kor ömür qılmcı, polad libası.
Gəlib bic eyyamı, namərd dünyası
Mənmi qocalmışam, ya zəmanəmi?

Bele zaman hara, qoç igid hara?
Merdleri çekirler namerdler dara,
Baş eyir laçınlar, tərlanlar sara
Mənmi qocalmışam, ya zəmanemi?

Axır ecel gəldi, yetdi hay, yaray,
Çekdiyim qovğalar bitdi hay, haray.
Tüfəng çıxdı, merdiik getdi hay, haray
Menmi qocalmışam, ya zəmanemi?

Koroğluyam, Qırat üstə gəzərdim,
Müxennetler başm vumb ezərdim.
Nərələr çekerdim, səflər pozardım
Mənmi qocalmışam, ya zemanemi?