Mərd dayanar
Görünüş
Mərd dayanar Müəllif: Koroğlu |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Mərd dayanar, namərd qaçar,
Meydan gumbur-gumburlanı,
Dəlilərim meydan açar,
Düşmən gumbur-gumburlanı.
Qoç iyid bığın buranda,
Çəkib yay-oxun quranda;
Şeşpər qalxana vuranda,
Qalxan gumbur-gumburlanı.
Top açılar qalasından,
Haqq saxlasın badasından,
Koroğlunun narasından,
Hər yan gumbur-gumburlanı.