Mərsiyə (Əhməd Cavad)
Jump to navigation
Jump to search
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Mərsiyə (Əhməd Cavad) (1912) Müəllif: Əhməd Cavad |
Abdulla Şurun xatirəsinə Mənbə: Əhməd Cavad (2005). Seçilmiş əsərləri (az). Şərq-Qərb. Orijinal mənbədən 2018-09-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-27. |
Cavan öldün, dünyadan kam almadın,
Çox çalışdın, zəhmətdən heç doymadın.
Əfsus ki, fikrinə nail olmadın,
Ağla qardaş! Ağlamalı günündür!
Çıxarmayaq yaddan biz tez onları,
Həp vətənə qurban olmuş canları;
Tanrı qəbul etsin belə qurbanları!
Ağla, qardaş! Ağlamalı günündür!
Gəncə, 1912