Məzmuna keç

Mahdır bu, ya mələk, ya huri-zibadır, nədir?

Vikimənbə saytından
Qəzəl 41
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.

QƏZƏL Mahdır bu, ya mələk, ya huri-zibadır, nədir?

Pərtövi-hüsni günəş tək aləmaradır, nədir?


Zülfdür, ya aşiqi-divanəyə zəncirdir?

Şövqdür bu, ya mənim başımda sövdadır, nədir?


Nöqteyi-mövhumdur, ya çeşmeyi-abi-həyat?

Ya dəhəndir mimvəş, ya sirri-ixfadır, nədir?


Qəmzədir, ya fitnədir, ya qan edən cəlladdır?

Ya üşşaq əhlinin qətlinə imadır, nədir?


Bu necə göz yaşıdır, qərq eyləyibdir aləmi?

Gül üzündən ayrı cuş etmiş, bu dəryadır, nədir?


Dindiribdir lütf ilə eşq əhlini əhya eyləmiş,

Bu nə xoş məhbubdur, sani Məsihadır, nədir?


Şövqi-ruyin, ey pəri, aləmdə rüsva eylədi,

Katibi hər kim görür, der kim, bu şeydadır, nədir?