Məzmuna keç

Mari-siyah zülfün edib xanə könlümü

Vikimənbə saytından
Qəzəl 28
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.

Mari-siyah zülfün edib xanə könlümü,

Qıldı məhəlli-gənc bu viranə könlümü.


Tiri-bəlayə etdi hədəf aqibət məni,

Ya Rəb ki, seydvəş görüm oxlanə könlümü.


Qəmzən çəkib xədəng, qaşın tirlə kəman,

Qanlı kimi çəkər hərə bir yanə könlümü.


Qoyma ki, şanə dil uzada o tari-zülfünə,

Allaha bax, batırmagilən qanə könlümü.


Xalın havası ilə könül qondu zülfünə,

Axır əsiri-dam elədi danə könlümü.


Hər sübhdəm əsiri-dilxəstə eyləyir,

Gahi nəsimi-sübh, gəhi şanə könlümü.


Salarını qoyub qəmi-hicranda mübtəla,

Rəhm eyləməz, edər yenə viranə könlümü.