MediaViki:Captchahelp-text

Vikimənbə saytından

Hər bir kəsin istədiyi məlumatı yerləşdirməsinə imkan verən Vikimənbə və buna bənzər saytlar tez-tez avtomatlaşdırılmış proqramların köməyi ilə link əlavə edən spamerlərin hədəfinə çevrilir. Belə linkləri sonradan məzmundan çıxarmaq mümkün olsa da, hər halda bu cür spam fəaliyyəti əhəmiyyətli dərəcədə narahatçılıq yaradır. Bu narahatçılığı azaltmaq və müəyyən dərəcədə aradan qaldırmaq üçün Vikimənbədə Sizə qeydiyyatdan keçərkən, eləcə də burada fəaliyyət göstərərkən rəngli və ya "kələ-kötür" simvollar göstərə və Sizdən bu simvolları müəyyən xanalara daxil etmənizi istəyə bilər. Bunun əsas səbəbi - bu əməliyyatın avtomatlaşdırılmasının xeyli çətin olması və əksər insanların bu əmrləri avtomatlaşdırılmış proqramlardan daha dəqiq yerinə yetirə bilməsidir. Təəssüf ki, bu, görmə qabiliyyəti zəif olanlar və ya yalnız oxumaq üçün nəzərdə tutulan brouzerdən istifadə edənlər üçün problemlər yaradır. Əgər Siz bu cür problemlərlə üzləşmisinizsə, çəkinmədən idarəçilərə müraciət edə və onlardan kömək istəyə bilərsiniz. Brouzerinizdə "Geri" düyməsini basaraq redaktə səhifəsinə qayıda bilərsiniz.