Məzmuna keç

Meydanı

Vikimənbə saytından
Meydanı
Müəllif: Aşıq Fətulla
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05.


Aşıq gərək ələ ala sazını,
Çala sinəsində, süzə meydanı.
Həqiqət kəlməsi dilində əzbər,
Qalmaya məəttəl, üzə meydanı.

Qəvvas olan ləl çıxardar dəryadan,
Bənna olan himi qurar binadan,
Aşıq odu sözü əzbər sinədən,
Cəvahir kəlməylə düzə meydanı.

Fətuilaya kömək olsun ərənnər,
Mərd igiddir mətləbini verənnər,
Mənəm-mənəm deyib cəlilə girənlər,
Deyə qabax verdim sizə meydanı.