Mindim Qıratın belinə

Vikimənbə saytından
Mindim Qıratın belinə
Müəllif: Koroğlu
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Mindim Qıratın belinə,
Kaş ki, düşman yüz olaydı.
Çəkəndə Misri qılıncı
Dərə-təpə düz olaydı.

Atı miıımişəm gəzməyə,
Düşman bağrını əzməyə,
Tona çayını üzməyə
Qırat bir qəvvas olaydı.

Verin yeddillik xaracı,
Paşalar gətirsin bacı,
Koroğlu çəkib qılıncı,
Düşman üzbəüz olaydı.