Məzmuna keç

Mirzə Bəybaba Fənanın Qəzəli

Vikimənbə saytından
Qəzəl 20
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Eşq yolunda iztirab dolu ürəklə çalış,

Həmişə haqq qorxusundan yaşlı gözlə çalış.


Heç vaxt öz haqqından üz döndərmə,

Hər gün iki-üç qədəh şərab nuş elə!


Əgər başında cənnət havası varsa,

Ayıq ol, cənnət yuxusundan oyanmağa sə’y et !


Eşqi tərk etmək qəlbi abad edər,

Məbada qəlb evini xarab edəsən.


Nədamətdən özgə boş yalandan nə çıxar?

Heyfdir! Ömr keçir, yaxşılıq et.


Aşiqlərə eşqdən möhnət və bəla yetər,

Bax qazancına, çalış haqdan üz döndərmə.


Əgər vaiz yavaş-yavaş haqqa pərdə çəkirsə,

Sən də tənə ilə onu anmağa çalış!


Haqq əhli hər nə tələb etsə, yerinə yetir,

Günahlar yuyulmasa, dualar hədər gedər.


Fəna, əziz ömr nə vaxtadək böylə keçəcək?

Qəflət etmə bu qədər, səvaba çalış!