Məzmuna keç

Miskin adəm oğlanı nəfsə zəbun olmışdur

Vikimənbə saytından
Miskin adəm oğlanı nəfsə zəbun olmışdur
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Miskin adəm oğlanı nəfsə zəbun olmışdur,
Heyvan, canavar kibi otlamağa qalmışdur.

Hərgiz ölümin sanmaz, öləsi günin anmaz,
Bu dünyadan usanmaz, ğeflət ögin almışdur.

Oğlanlar ögüt almaz, yigidlər tövbə qılmaz,
Qocalar taət qılmaz, sarp ruzgar olmışdur

Bəglər azdı yolmdan, bilməz yoqsul halİndən,
Çıqdı rəhmət gölindən, nəfs gölinə talmışdur.

Yunus sözi alimdən, zinhar, olman zalimdən,
Qorqa dunn ölümdən, cümlə doğan ölmişdür.