Mizani-əqvam
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Mizani-əqvam Müəllif: Məhəmməd Hadi |
Bir ləhzə açıb dideyi-insafü mürüvvət,
Qıl aləmi səncideyi-mizani-həqiqət.
Vasil olayım dersən əgər fövzü nicatə,
Ətfi-nəzər et saheyi-qövğayi-həyatə.
Dünya denilən iştə bu meydani-rəqabət,
Oldu üməmi-sairəyə baği-səadət.
Məğribdə bu gün şəmsi-hünər olmada şariq,
Məsturi-səhaib hələ afaqi-Məşariq.
Bir xətvə belə atmayırız rahi-fəlahə,
Xəffaş kimi düşməniz, eyvah, səbahə.
Qat-qat bürüyüb fikrimizi sətreyi-övham,
Bir fərd belə yox edə əndişeyi-əncam.
Kəşf eylədi ərbabi-hünər "qüvveyi-bərqi",
Bizlər edəriz vadiyi-zülmətdə tərəqqi.
İcad elədi əqli-bəşər “xaneyi-səyyar",
Böylə oluyor zadeyi-nazəndeyi-əfkar.
İbda elədi dəsti-düha “hafizi-əsvat",
Bizlər hələ xabideyi-ağuşi-xürafat.
İnşa elədi əhli-xirəd "durnəvisi",
Bizlər oxuruz qisseyi-Leyla ilə Qeysi.
Əqvama bəhaim kimi ram oldu təbiət,
Bizlərsə bəhaim kimi məhkumi-əsarət.
Mə'dənləri, məxzənləri, əbharı, cibalı
Növ'i-bəşərin kəşf elədi fikrü xəyalı.
Miftahi-maariflə açıldı dəri-imkan,
Bizlər dururuz əskicə halətdə kəma-kan.
Meydanə qoyuldu neçə əsrarı cahanın,
Hala da açılmaqda dəri gənci-nihanın.
Bunlar həpsi meyveyi-əfkari-dühadır,
Zülmətkadeyi-dəhrə düha əhli zəkadır.
Əfkari-düha, xeyməgəhi-huriyi-hikmət,
Bunlardır olan rəhbəri-şəhri-mədəniyyət.
Dünya cəsəd, ərbabi-dühaət ona candır,
Azadədilan şöʼleyi-mişkati-cahandır.
Təslim olunub bunlara ra'yati-fütuhat,
Bunlardır olan fatehi-iqlimi-künuzat.