Məzmuna keç

Molla Nur

Vikimənbə saytından
Molla Nur
Müəllif: Xaltanlı Tağı
Sister Projects. Həmçinin baxın: Haqqında • Aşıq Tağının Molla Nurun toyunda onun şəninə dediyi tərif sonradan bütün Dərbənd elinin dilində gəzib dolaşıb. Dastanda aşığın müraciət etdiyi obyekt isə Samurçaydır. Molla Nurun ölümündən kədərlənən aşıq təsəllisini Samura müraciətdə tapır.
Mənbə: Azad Nəbiyev. "Azərbaycan xalq ədəbiyyatı. II hissə: Orta əsr və yeni dövr folklor yaradıcılığı" (PDF) (az.). Elm nəşriyyatı. 2006.

Ay ağalar, ay paşalar,
Bu obada Nurdu gözəl.
Busatına qopub gəlib,
Dərbənd eli, yurdu gözəl,
Taxt üstündə Nurdu gözəl!

Ağ bəxtinə qələm çəkən,
Görməz onu ələm çəkən,
Yeləm çalıb, yeləm çəkən,
Dərbənd eli, yurdu gözəl,
Taxt üstündə Nurdu gözəl!

Dözər yarın cəfasına,
İlqar eylər vəfasına,
Yetər ömrün səfasına,
Dərbənd eli, yurdu gözəl,
Taxt üstündə Nurdu gözəl!