Molla Zeynalabdin İbn Molla Sadiq Qarabaği Sağəri təxəllüsün Azərbaycanca qəzəlləri
Görünüş
| Molla Zeynalabdin İbn
Molla Sadiq Qarabaği Sağəri
Təxəllüsün Azərbaycanca Qəzəlləri |
| Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Rəsmdir, xublar rüxündə zülfı-ənbərbar olur,
Gənc olan yerdə bu adətdir, həmişə mar olur.
Qəddini təşbih edənlər sərvə olmazmı xəcil,
Sərvdə bir qəddi-mövzun var, nə bu rəftar olur.
Yoxdu aram aşiqə bir yerdə ta tutsun məqam,
Aşiqə aram olur hər məhfıl içrə, yar olur.
Ey könül, gəl qılma nalə atəşi-hicranara,
Dilbərim yatmış, məbada xabdan bidar olur.
Badeyi-lə’li-ləbindən Sağəri məxmur olub,
Bəh, nə meydir şərbəti-lə’lin, içən huşyar olur.