Bu səhifə korrektə edilib
MOLLALAR
Varlılara yaltaqlanır,
Atıb imanı mollalar.
Danışır, vəsf eyləyir,
Hərdən İranı mollalar.
Xorasanı, gah Qəzvini,
Təbriz, Tehranı mollalar.
Dəm vurur mövhumatdan,
Qatır aranı mollalar.
Kəndlilər ayılıbdır,
Keçib mollanın bazarı.
Daha heç kəs inanmayır,
Artıbdı dərdi, azarı.
Düşməsin heç mahala,
Müftəxorların güzarı.
Üz görüb rüşvət alır,
Satır imanı mollalar.
Dövran yaman dəyişibdir,
Yıxıb xain obasını.
Bax, Abdulla heç gözləmir,
Qorxu, nəzər duasını.
83